Obama yeni ili harada keçirəcək?

Obama yeni ili harada keçirəcək?
  18 Dekabr 2015    Oxunub:1894
Bu gün ABŞ prezidenti Barak Obama ailəsi ilə birgə Havay adalarına gedəcək.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident ailəsi yeni il tətilini orada keçirəcək.

Bu müddət ərzində Obama və ailəsi ictimai tədbirlərdə iştirak etməyəcəklər.

Amma daha əvvəl Obamanın mətbuat katibi Coş Ernest mətbuata açıqlamasında bildirmişdi ki, prezident Sen-Bernardinoda terror qurbanlarının yaxınları ilə görüşəcək.

Xatırladaq ki, dekabrın 3-də ABŞ-ın San-Bernardino şəhərində, fiziki məhdudiyyəti olan şəxslər üçün nəzərdə tutulan müəssisədə baş verən silahlı hadisə nəticəsində 14 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Qeyd edək ki, Obama 1961-ci ildə Honoluluda anadan olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti