Türkiyədə antiterror əməliyyatı: 60 PKK-çı öldürüldü

Türkiyədə antiterror əməliyyatı: 60 PKK-çı öldürüldü
  18 Dekabr 2015    Oxunub:3171
Türkiyənin cənub-şərqində terrorçulara qarşı hərbi əməliyyatlar davam edir.
AzVision.az-ın məlumatına görə, son iki gündə təhlükəsizlik qüvvələrinin 4 vilayətdə terrorçulara qarşı apardığı əməliyyatlar nəticəsində öldürülən PKK-çıların sayı 60 nəfərə çatıb, külli miqdarda odlu silah və partlayıcı maddələr müsadirə olunub. Onların 25-i Cizre və Silopidə, 29-u Surda, 6-sı da Dargeçitdə məhv edilib.

İraqla sərhəd yaxınlığında yerləşən Şırnakın Cizrə və Silopi şəhərlərində təhlükəsizliyin qorunması üçün minlərlə polis və əsgər bölgəyə səfərbər olunub. Bir çox sakinlər döyüşlərə görə evlərini tərk edib, təhlükəsiz rayonlara köçüblər.



Təxminən 2 min xüsusi təyantlı polislə 1000-ə yaxın xüsusi təyinatlı jandarma qüvvələrinin həyata keçirdiyi son əməliyyatda terrorçular 1500 kilometr ərazidə sıxışdırılıb. Silopi şəhərində 400 terrorçu mühasirəyə alınıb. Şəhərin Başak, Barbaros, Nuh və Cudi məhəllələrində də terrorçularla şiddətli döyüşlər gedir.



Əməliyyatlarda pilotsuz uçan aparatlar, tanklar və "Kobra" helikopterlərindən istifadə edilir. Genişmiqyaslı əməliyyatları 14 generalın idarə etdiyi bildirilir. Bölgəyə 10 min əsgər cəlb olunub və əlavə 5 min əsgər də göndərilicək.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti