Saakaşvili ilə dalaşan nazir onun müdafiəsinə qalxdı

Saakaşvili ilə dalaşan nazir onun müdafiəsinə qalxdı
  18 Dekabr 2015    Oxunub:4814
Ukraynanın daxili işlər naziri Arsen Avakov Mixail Saakaşvilinin müdafiəsinə qalxıb.
Arsen Avakov Facebook səhifəsində Rusiya prezidenti Vladimir Putinin Mixail Saakaşviliyə dair məsləhətlərinə ehtiyacın olmadığını bildirib. Avakov statusunda yazıb ki, Saakaşviliyə qarşı olan tənqidi münasibətinə baxmayaraq, Ukraynanın əvəzinə qərar vermək Putinin işi deyil.

Rusiya prezidenti Vladimir Putin gürcüstanlı jurnalistin Rusiya-Gürcüstan münasibətləri haqqında sualını cavablandırarkən deyib ki, “Saakaşviliyə vəzifə vermək Ukrayna xalqının üzünə tüpürmək deməkdir.”

Xatırladaq ki, 2013-cü ildə Gürcüstan prezidenti vəzifəsindən ayrılandan sonra Mixail Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışıb. Sonradan isə Ukraynaya yollanıb. 2014-2015-ci illərdə Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixail Saakaşvili prezident Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib. (Ans)


Teqlər:





Xəbər lenti