Prezident qaydanı pozdu, polis cərimələdi

Prezident qaydanı pozdu, polis cərimələdi
  17 Dekabr 2015    Oxunub:2588
Polşa prezidenti Ancey Duda öz qırmızı maşınını Krakobdakı iqamətgahının qarşısında yanlış yerdə saxlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, qayda pozuntusu haqqında qonşular məlumat veriblər. Hadisə yerinə gələn polislər maşının təkərlərini blok ediblər.

Xəbər tezliklə bütün şəhərə yayılıb. Şəhər sakinləri prezident avtomobilinin fonunda şəkil çəkdiriblər.

Avtomobilin “başmaqları” polşalı lider 100 zlota məbləğində olan cəriməni ödədikdən sonra çıxarılıb. Cərimənin məbləği təxminən 25 dollara bərabərdir.

Qeyd edək ki, mayın 24-ü Polşada keçirilən prezident seçkilərinin ikinci turunda müxalif namizəd Adcey Duda qalib gəlib. Seçkilərin nəticələrinə əsasən “Haqq və ədalət” partiyasının dəstəklədiyi Duda seçicilərin 53 faizinin səsini toplayıb. Onun rəqibi, hazırkı prezident Bronislav Komorovskiy səsvermədə 47 faiz səs toplayıb.

Prezident seçkilərinin ikinci turundan sonra Duda Varşava sakinlərinə kofe paylayıb. Duda səhər saat 07:00 radələrində metro stansiyasına gələrək pulsuz kofe paylayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti