`Bu, Ukrayna xalqının üzünə tüpürməkdir`- Putin Saakaşvili haqda

`Bu, Ukrayna xalqının üzünə tüpürməkdir`- Putin Saakaşvili haqda
  17 Dekabr 2015    Oxunub:2714
“2008-ci il hadisələrinin baş verməsinin məsuliyyəti Gürcüstanın o vaxtkı prezident Mixail Saakaşvilinin üzərinə düşür”.
AzVision.az xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında deyib.

Putin çıxışı zamanı Saakaşvilini ittiham edərək bildirib ki, onun yol verdiyi avantüra nəticəsində Gürcüstan ərazilərinin bir hissəsini itirib.

“İndi həmin adam Odessanın qubernatoru vəzifəsindədir. Saakaşviliyə ABŞ-a işçi vizası vermədirlər, Ukraynaya göndərdilər ki, orada işləsin. O da hazırda aktiv fəaliyyət göstərir. Qərb bununla Ukraynaya göstərir ki, təkcə onu idarə etmir, həm də oraya onu idarə edən adamlar göndərir. Bu isə Ukrayna xalqının üzünə tüpürməkdir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti