NATO-nun 2016-cı il üçün Qarabağ proqnozu
Onun sözlərinə görə, münaqişə zonasına sülhməramlı qüvvələrin göndərilməsi barədə danışmaq tezdir: “Bu hələ ki, ssenaridir. Biz münaqişənin nizamlanması üçün çalışmalıyıq. Mən ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenilənməsini dəstəkləyirəm və 2016-cı il ərzində Ermənistan və Azərbaycan arasında daha effektiv dialoqun şahidi olacaqsınız”.
Cənubi Qafqazda mövcud vəziyyət barədə danışan C. Appaturay həmçinin Rusiya-Türkiyə münasibətlərindəki gərginliyə də toxunub: “Bu gərginlik NATO-nun region ölkələri ilə əməkdaşlığına təsir etməyəcək. Bizim dəstəklədiyimiz hər hansı bir əməkdaşlıq individual xarakter daşıyır”.