ABŞ konqresində Qarabağ müzakirə ediləcək

ABŞ konqresində Qarabağ müzakirə ediləcək
  17 Dekabr 2015    Oxunub:1517
ABŞ Konqresinin Xarici əlaqələr üzrə komissiyası gələn ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin müzakirəsini təşkil edəcək.
AzVision.az “news.am”a istinadən xəbər verir ki, müzakirələrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də dəvət edilib.

Ermənilərin ABŞ-dakı “Hay data” komitəsinin nümayəndəsi Elizabet Çuldjyan bildirib ki, müzakirə qapalı şəkildə keçiriləcək: “Biz istəyirdik ki, müzakirələr açıq olsun. Lakin komissiya sədri bu barədə hələ ki, heç bir məlumat verməyib”.


Teqlər:





Xəbər lenti