`Ermənilərin böyük dostu`: Anti-Azərbaycan layihəsinin müəllifi kimdir? - DOSYE

`Ermənilərin böyük dostu`: Anti-Azərbaycan layihəsinin müəllifi kimdir? - DOSYE
  17 Dekabr 2015    Oxunub:4213
ABŞ-ın Nyu-Cersi dördüncü dairəsinin konqresmeni Kristofer Henri Kris Smit Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Ölkəmiz əleyhinə kampaniya başladan konqresmen ermənipərəst mövqeyi ilə seçilir. Smit ABŞ-ın “erməni soyqırımı” tanımasının ən aktiv tərəfdarlarındadır. Smitin hazırladığı qanun layihəsi onun ermənipərəst mövqeyindən irəli gəlir.

Kristofer Henri Kris Smit kimdir?

Kristofer Henri Kris Smit (4 mart 1953) Nyu-Cersinin dördüncü dairəsinin konqresmenidir. 1981-ci ildən bu günə qədər Konqresə seçilir. Əvvəlcə demokrat olmasına baxmayaraq, (1978-ci ildə partiyasını dəyişib), hazırda “Respublika” partiyasının aktiv üzvüdür.

Dördüncü dairə Nyu-Cersi mərkəzinin böyük bir hissəsini əhatə edir.



Nyu-Cersi ştatı etnik ermənilərinin sayca çox olduğu dördüncü ABŞ ştatıdır. Ştat bu göstəriciyə görə, yalnız Kaliforniya, Massaçusets və Nyu-Yorka uduzur. Hazırda Smit Nyu-Cersidən olan konqresmenlərin nümayəndə heyətinə başçılıq edir.

1981-ci ildən etibarən Smit stabil olaraq bu dairədəki seçkilərdə qalib gəlir. Onun rəqiblərinin fikrincə, bu onun güclü maliyyə dəstəyinə malik olması ilə əlaqədardır.

Bu gün Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini istəyən konqresmenin sirli himayədarlarının kim olması ilə bağlı suala cavab vermək yəqin ki, çətin olar. Lakin onun fəaliyyətini nəzərdən keçirib, müəyyən fikirlər irəli sürmək olar.
Konqresmen Kris Smit ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır. Son 10 ildə Smit qondarma “soyqırım”ın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilin payına düşür.



“Cənab prezident (Obama) sizə müraciət edərək erməni soyqırımının tanınmasını xahiş edirəm. Bu faciənin 100 illiyi ilə əlaqədar biz həqiqəti səsləndirərək Almaniya hökuməti və Papa Fransiskə qoşulmalıyıq. Mən, soyqırımı tanıması və üzr istəməsi ilə bağlı Türkiyə hökumətinə müraciət edirəm. Suriya və İraqda kütləvi zorakılıq hallarının baş verdiyi dövrdə dünyanın qonşuları ilə konstruktiv əlaqələrə malik Türkiyəyə ehtiyacı var. Türkiyə rəhbərliyi öz keçmişini dürüst şəkildə qəbul etdikdən sonra məhz buna nail ola bilər”, - deyə Smit “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində Vaşinqtonda keçirilən tədbirdə bildirib.

Bütün bunlar və adını çəkmədiyimiz neçə-neçə faktlar konqresmen Kris Smitinin ermənilərlə iş birliyinin sübutudur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti