Sarkisyan Əliyevlə görüş üçün ölkəni tərk edir

Sarkisyan Əliyevlə görüş üçün ölkəni tərk edir
  17 Dekabr 2015    Oxunub:2860
Ermənistan prezidenti Serj Sarkisyan sabah İsveçrənin Bern şəhərinə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə erməni prezidentin mətbuat xidməti xəbər yayıb.

Qeyd edək ki, Bern şəhərində dekabrın 19-u ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün keçirilməsi planlaşdırılır.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə ediləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti