Azərbaycanlı jurnalistlər Putini sorğu-sual edəcək

Azərbaycanlı jurnalistlər Putini sorğu-sual edəcək
  17 Dekabr 2015    Oxunub:3183
Dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin media üçün 11-ci sual-cavab sessiyası keçirəcək.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin çıxışı zamanı əsas mövzu Suriya müharibəsi və Türkiyə ilə münasibətlərdəki gərginliyinin olacağı gözlənilir.

Akkreditasiydan keçən 1390 jurnalist arasında Azərbaycanın media orqanlarının nümayəndələri və bəzi xarici KİV-lərdə çalışan azərbaycanlılar da var.

“AZƏRTAC” Dövlət İnformasiya Agentliyi - Fəridə Abdullayeva

ATV telekanalı - Elzar Ağayev

“Azəri-Press Agentliyi” (APA) - Fərid Əkbərov

“Lider” telekanalı - Anar Həsənov

“Azərbaycan Dövlət Televiziyası (AzTV) – Zakir Musayev

“AzerRos.ru” saytı - Cəmil Sadıqbəyov

“AzerRos.ru” saytı - Vaqif Adıgözəlov

Çin Mərkəzi Televiziyasının (CCTV) Rusiya bölməsinin müxbiri - Rasim Nəbiyev

“Cihan” informasiya agentliyi - Fuad Səfərov

“İHA” informasiya agentliyi – Fuad Abbasov

Vladimir Putinin mətbuat konfransı dekabrın 17-si Bakı vaxtı ilə 13:00-da başlayacaq. Bu, Rusiya prezidentinin keçirdiyi sayca 11-ci geniş mətbuat konfransı olacaq.

Xatırladaq ki, Putin 2001-ci ildən media üçün sual-cavab sessiyaları təşkil edir. Sözçüsü bunu prezidentlə müsahibə üçün çoxsaylı müraciətlərlə izah edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti