Bu ölkə adını dəyişir

Bu ölkə adını dəyişir
  17 Dekabr 2015    Oxunub:1661
Makedoniyanın Baş naziri Nikola Qruevski “The Guardian” nəşrinə verdiyi müsahibədə ölkəsinin adının dəyişdirilməsi məsələsi barədə Yunanıstan ilə dialoqa hazır olduqlarını bildirib. Baş nazir Yunanıstan ilə dialoqun baş tutduğu halda ölkədə referendumun təşkilinin mümkünlüyünü qeyd edib.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, artıq 24 ildi davam edən problem Makedoniyanın müstəqilliyini bəyan etməsindən sonra başlayıb. Yunanıstan Makedoniyanı ölkənin tarixi bölgəsi olan Makedoniyanın adını, Makedoniyalı İsgəndərin irsini, bayraqlarındakı günəş simvolunu mənimsəməkdə ittiham edir. İki ölkə arasında davam edən münaqişə Yunanıstanın Makedoniyanın NATO və Avropa İttifaqına daxil olmasına əngəl yaratması və BMT-nin Makedoniyanı – Keçmiş Yuqoslaviya Makedoniya Respublikası adlandırması ilə nəticələnib.
Dekabrın 17-də Makedoniyanın Baş naziri 15 ildən sonra ilk dəfə Yunanıstana rəsmi səfər edəcək.




Teqlər:





Xəbər lenti