Türkiyə Rusiyanın şərtini qəbul etmədi

Türkiyə Rusiyanın şərtini qəbul etmədi
  16 Dekabr 2015    Oxunub:4630
Rəsmi Ankara Rusiyanın “Türkiyə vurulan döyüş təyyarəsinə görə təzminat ödəməlidr” şərtinə cavab verib.
AzVision.az-ın məlumatına görə, Türkiyənin Xairici İşlər Nazirlyinin rəsmisi Tanju Bilgic bildirib ki, sərhəd pozulması baş verməzsə, bir daha təyyarə böhranı yaşanmayacaq. Onun sözlərinə görə, Rusiyanın tələb etdiyi təzminatın ödənilməsi mümkün deyil.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov da rəsmi Moskvanın barışıq şərtlərini bəyan etmişdilər. Bildirilib ki, Türkiyə üzr istəməli, məsuliyyət daşıyanları cəzalandırılmalı və dəyən ziyanı ödəməlidir. Əks təqdirdə Türkiyənin verdiyi hər hansı bir izahat qəbul edilməyəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti