İranda 12 illik nüvə axtarışı başa çatdı

İranda 12 illik nüvə axtarışı başa çatdı
  16 Dekabr 2015    Oxunub:2045
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranda yoxlamalarını dayandırıb.
AzVision.az xəbər verir ki, 12 ildir davam edən yoxlamanın səbəbi isə İranın nüvə silahı istehsal etməsi ilə bağlı idi.

Qurumdan bildirilib ki, 2009-cu ildən aparılan araşdırmanın nəticəsi göstərib ki, rəsmi Tehran bu istiqamət üzrə heç bir addım atmayıb və nüvə silahın istehsal edilməsi ilə bağlı hər hansı sübut əldə edilməyib. Bundan başqa nüvə obyektlərində təbii məcradan kənarda olan bir məqam qeydə alınmayıb.

İran isə bu bəyanatı alqışlayıb. Ölkənin xarici siyasət idarəsi bildirib ki, İran Cenevrə nüvə anlaşmasının şərtlərini nəzərə alıb və bu proqram sülh məqsədlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, İranın nüvə proqramı beynəlxalq ictimaiyyət və bir çox dünya ölkələri tərəfindən narahatlıqla qarşılanıb. Rəsmi Tehran isə proqramın dinc xarakter daşıdığını bildirərək, uranın zənginləşdirilməsi üzrə işləri dayandırmaq barədə çağırışları rədd edirdi. BAEA mütəxəssisləri ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə BMT İrana qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti