Türkiyə Rusiyanın 27 gəmisini saxladı
AzVision.az `Haberrus`-a istinadən xəbər verir ki, ilk olaraq Rusiya tərəfi Türkiyə bayrağı altında 8 türk gəmisini saxlayıb.
Mətbuatda yer alan məlumata görə, Türkiyə Rusiyanın bu davranışını dayandırmağını gözləyib. Lakin gəmilərin saxlanması prosesi davam edincə, Türkiyə Rusiyanın bu addımına cavab verməyə başlayıb. Nəticədə Aralıq və Qara Dənizdə aparılan yoxlamalar nəticəsində çatışmazlıqları olan rus gəmiləri türk limanlarına gətirilib.
Ötən günə olan məlumata görə, isə gəmi sayı 27-yə çatıb.
Eldar Tanrıverdiyev
AzVision.az