NATO-dan Türkiyə ilə bağlı vacib qərar

NATO-dan Türkiyə ilə bağlı vacib qərar
  16 Dekabr 2015    Oxunub:3434
Şimali Atlantika İttifaqı (NATO) İspaniyanın Türkiyədəki “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı qərar verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi alyans Ankaranın müraciətinə müsbət cavab verərək “Patriot”ların Türkiyədəki missiyasını daha bir il uzadıb.

Qeyd edək ki, Türkiyənin hava məkanını mühafizə edən “Patriot”ların missiyası 26 yanvar 2016-cı il tarixində başa çatır. Ankara missiyasının uzadılması üçün NATO-ya müraciət edib. NATO-nun yeni qərarı ilə “Patriotlar” 25 yanvar 2017-ci ilə qədər Türkiyədə qalacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti