Ermənistanda məhbuslar aclıq aksiyası keçirir

Ermənistanda məhbuslar aclıq aksiyası keçirir
  15 Dekabr 2015    Oxunub:1936
İrəvanın `Nubaraşen` həbsxanasında ömürlük həbs olunan 28 məhbus aclıq aksiyasına başlayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən aksiya iştırakçıları onların işinə yenidən baxılmasını istəyirlər. Bu barədə müvafiq müraciət Ermənistan prezidenti Serj Sarkisyan və Ədliyyə Nazirliyinə göndərilib.

Nazirliyin məhbuslara göndərdiyi cavabda isə görüşlərin sayının artırılması və şərti olaraq həbs cəzasına dəyişdirilməsi istiqamətində işlər aparır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti