Moskvada kütləvi dava: 2 ölü, 8 yaralı
Hadisə Moskvanln Roçdelsk küçəsində qeydə alınıb.
“Kişilərdən ibarət iki qrup Moskvanın Persensk rayonunda yerləşən “Element” kafesində dava edib. Hadisə nəticəsində odlu silahdan istifadə olunub. İki nəfər ölüb. Ümumilikdə, insident zamanı daha 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan dördü xəstəxanaya yerləşdirilib”, - deyə hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir.
Faktla bağlı cinayət işinə başlanılıb.
Eldar Tanrıverdiyev
AzVision.az