`İŞİD rəhbərlərini məhv edəcəyik`- Obama

`İŞİD rəhbərlərini məhv edəcəyik`- Obama
  15 Dekabr 2015    Oxunub:1762
ABŞ İŞİD-ə təşkilatına qarşı mübarizəni davam etdirəcək. Son həftələr ərzində terrorçulara məxsus yüzlərlə neft tankeri və neftayırma müəssisələri məhv edilib.
Bunu ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bundan sonra da terrorçulara sarsıdıcı avia zərbələr endirəcək.

"Biz ekstremistləri məhv edəcəyik. Növbədə İŞİD rəhbərləri var" - deyə Obama vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti