Milyarder oğlu anasını boğub öldürdü

Milyarder oğlu anasını boğub öldürdü
  15 Dekabr 2015    Oxunub:4112
Rusiyalı milyarder İqor Sosinin oğlu doğma anasını boğub öldürüb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 19 yaşlı gənc bu dəhşətli cinayəti Tatarıstanın paytaxtı Kazanın “Korston” otelində törədib.

Məlumata görə, otel əməkdaşları polisə şikayət edərək müştərilərdən birinin “qeyri-adekvat davranışından” şikayətləniblər.

Otelə gedən polis əməkdaşları dəhlizdə narkotik maddənin təsiri altında olan gənc oğlanla rastlaşıblar. Otel otaqlarının birində isə yaşlı qadının meyiti aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, bu, həmin gəncin doğmaca anasıdır.

Qadının bədənində çoxsaylı göyərmə və qançır izləri aşkarlanıb. Onun boğulmadan öldüyü təsbit edilib. İlkin məlumata görə, qadını telefon üçün nəzərdə tutulan şnurla boğublar.

Milyarder İqor Sosin “Старик Хоттабыч” mağazalar şəbəkəsinin sahibi və OBİ şirkətinin səhmdarlarından biridir.


Teqlər:





Xəbər lenti