Parlamentə qaz bombası atıldı - VİDEO
Müxalifətdəki "Özün qərar al hərəkatı" partiyasının sədr müavini Qlauk Konjufca iclasın keçirildiyi zala qaz bombası atdığından Məclis başçısı Qədri Veseli müzakirələrə ara verərək, hər kəsi çölə çıxmağa dəvət edib.
Lakin başçının sözlərinə əhəmiyyət verməyən millət vəkilləri maskasız müzakirələrini davam ediblər. Hadisə yerinə polislər də cəlb olunub, onlar salona maska ilə giriblər.