Tehran sakinləri çirkli havada boğulur

Tehran sakinləri çirkli havada boğulur
  15 Dekabr 2015    Oxunub:1947
Tehranda havanın çirklənməsi bütün paytaxt sakiblərinin həyatı üçün təhlükəli həddə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə İranın hava nəzarəti üzrə təşkilatın baş direktoru Vahid hüseyni deyib.

Onun sözlərinə görə, Tehranda havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş normadan yeddi dəfə çoxdur.

Hüseyni bildirib ki, İranın paytaxtında havanın çirklənməsinin əsas səbəbi nəqliyyat vasitələridir.

İSNA agentliyinin məlumatına gör, Tehranda havanın çirkli olmasına görə hər il 4 mindən çox insan ölür. Paytaxt sakinlərinin 40% ictimai nəqliyyatdan, 60% isə şəxsi avtomobildən istifadə edir.

Xarici KİV-in mlumatına görə, Tehran dünyanın ən çirkli şəhərləri siyahısında var. İranın paytaxtında havanın çirkli olmasına görə bəzən məktəblərdə dərslər və təşkilatların işləri dayandırılır.

Rəsmi məlumatlara əsasən, Tehran əhalisinin sayı 12-13 milyon nəfər təşkil edir.


Teqlər:  





Xəbər lenti