Dünyanın ən böyük silah şirkətləri - Siyahı

Dünyanın ən böyük silah şirkətləri - Siyahı
  14 Dekabr 2015    Oxunub:3538
Stokholm Beynəlxalq Dünya Problemlərinin Araşdırlması İnstitutu (SİPRİ) dünyanın ən böyük 100 silah şirkətinin siyahısını dərc edib.
AzVision.az modern.az-a istinadən xəbər verir ki, institut 2014-cü ildə dünya hərbi sənaye şirkətlərinin 401 milyard dollar dəyərində müqavilələr imzaladığını yazıb.

Məlumata görə, ən böyük hərbi şirkətlərin “100”lüyündə 11 rus şirkəti yer alıb. Halbuki, ötən il bu şirkətlərin sayı 9 idi. Ötən ilə görə 48,4 faiz artım göstərən Rusiya şirkətləri ötən il dünyada satılan silahların 10,2 faizini istehsal ediblər. Onların arasında “Almaz Antey”, “Birləşmiş Gəmiqayırma Korporasiyası”, “Rusiya Vertolyotları”, “Uralvaqonzavod”, “Suxoy”, ”İrkut” və s. daxildir.

Ən böyük silah şirkətləri arasında Türkiyənin 2 təmsilçisi də var.“ASELSAN” və “Türkiyə Hava Kosmik Holdinqi” siyahıda yer alıb.

İlk pillədə ABŞ-ın “Lockeed Martin” aviasiya korporasiyası qərar tutub. İkinci pillədə “Boing”in hərbi şirkətləri, üçüncüdə isə Böyük Britaniyasınn “BAE Systems” korporasiyasıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti