İŞİD-dən növbəti vəhşilik - 38 uşaq edam edilib
Bu barədə “Facebook” sosial şəbəkəsində “Mosulun gözü” bloqu xəbər yayıb. Yayılan məlumatda qeyd edilib ki, edam olunan uşaqlarının böyük əksəriyyəti İŞİD-in tərkibində vuruşan xarici yaraqlıların və yerli sakinlərin övladlarıdır.
Öldürülən uşaqlardan böyüyü üç aylıq, kiçiyi isə bir həftəlik olub. Onların hamısı zəhərli iynə vurulma və ya boğulma nəticəsində öldürülüblər. Edamlar Suriya və İraqın Mosul şəhərində baş verib.
Eldar Tanrıverdiyev
AzVision.az