Obama müdafiə nazirini təcili Türkiyəyə göndərir

Obama müdafiə nazirini təcili Türkiyəyə göndərir
  14 Dekabr 2015    Oxunub:3410
ABŞ müdafiə naziri Eşton Karter bu gün Türkiyəyə səfərə gedir.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Pentaqon rəhbəri İŞİD-lə mübarizə haqqında hesabatı ABŞ prezidenti Barak Obamaya təqdim etdikdən sonra Türkiyəyə yollanacaq.

Məlumata əsasən Karter Adanada yerləşən İncirlik hərbi bazasına baş çəkəcək, orada amerikalı hərbçilərlə görüşəcək.

Onun Türkiyə rəhbərliyində olan şəxslərlə də görüşəcəyi istisna olunmur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti