Hollandiya və Türkiyə İŞİD-in hədəfindədir

 Hollandiya və Türkiyə İŞİD-in hədəfindədir
  14 Dekabr 2015    Oxunub:1880
İŞİD terror qruplaşmasının yeni planları məlum olub.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fransada 132 nəfərin ölümündən sonra terror qruplaşması Avropada yeni terror aktlarını həyata keçirməyi planlaşdırır.

Bu siyahıda Türkiyənin də adı var. Belə ki, türk kəşfiyyat idarəsinin əldə etdiyi xəbərə görə, koda dı “Abu Qutadah” olan Hazim Bin Ali Abd Al Salam ilə kod adı “Abu Musa” olan Abd Al Aziz Khudayr Ahmed al Jaburi İraqın Ninova şəhərində görüşərək yeni planın hədəflərini müəyyənləşdirmək üçün danışıqlar aparıblar.

Əldə olunan xəbərə əsasən hər iki terrorçu İŞİD-in Hollaniya və Fransada yenidən terror aktları törətməsini və Tunisdə hələ ki fəaliyyət göstərməsi üçün göstəriş gözləyən hücrələrin gələcək perspektivlərini nəzərdən keçiriblər.

Terrorçuların siyahısında Türkiyənin də adı var. Belə ki, qruplaşmanın əsas məqsədi hərbçiləri əsir götürmək və onların qarşılığında hərbi texnika və silahlar almaqdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti