Merkeldən miqrantlara qarşı sərt addım

Merkeldən miqrantlara qarşı sərt addım
  14 Dekabr 2015    Oxunub:2257
Almaniya rəhbərliyi ölkəyə gələn miqrantların sayının azaldılması məqsədilə tədbirlər görməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel `ZDF` telekanalına müsahibəsində bildirib.

Kanslerin sözlərinə görə, hakim Xristian Demokratik Birliyi (XDB) ölkədə sığınacaq almaq istəyən şəxslərin əhəmiyyətli dərəcədə azaldılmasının tərəfdarıdır.

“Təbii ki, biz vətəndaşlarımızın narahatlıqlarını nəzərə almalıyıq. Məhz buna görə, biz ölkəmizə gələn miqrantların sayını azaldırıq”, - deyə Merkel qeyd edib.

Eyni zamanda hökumət başçısı bu sahədə hər hansı bir məhdudiyyət tətbiq etməyə hazırlaşmadıqlarını bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti