Almaniyada qarşıdurma: 69 polis yaralandı

Almaniyada qarşıdurma: 69 polis yaralandı
  13 Dekabr 2015    Oxunub:2802
Almaniyanın Leypsiq şəhərində neonasistlərin və onların əleyhdarlarının törətdiyi iğtişaşlar nəticəsində 69 polis əməkdaşı xəsarət alıb, onlardan azı iki nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, ultra sağçı radikalların (neonasistlərin) aksiyasında 130 nəfər iştirak edib, onların əleyhdarlarının aksiyaları isə iki min nəfəri cəlb edib. Aqressiv davranan etirazçılar polisə daş, şüşə qablar və pirotexniki vasitələr atıb. Asayiş keşikçiləri isə, cavabında, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Leypsiq şəhərinin ober-burqomistri Burkhard Yunq hadisələri şok adlandırıb: “Bu əsil küçə terrorudur”.


Teqlər:  





Xəbər lenti