`Suriyanı tərk etmək ağlıma belə gəlməyib` - Əsəd

`Suriyanı tərk etmək ağlıma belə gəlməyib` - Əsəd
  12 Dekabr 2015    Oxunub:1956
Prezident Bəşər Əsəd Suriyada vəziyyətin necə dəyişməsindən asılı olmayaraq ölkəni tərk etmək və başqa ölkədə yaşamaq niyyətində olmadığını bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə Suriya lideri İspaniyanın “EFE” agentliyinə müsahibəsində bildirib.

`Xeyir. Mən heç vaxt Suriyanı tərk etmək barədə düşünməmişəm. Prinsipcə, belə bir fikir ağlıma belə gəlməyib, bu heç vaxt baş verməyəcək, - deyə Əsəd vurğulayıb.

Suriya prezidenti `Suriyanı tərk etmək və dost ölkələrdən birində yaşamağa hazırsınızmı?` sualını belə cavablandırıb: `Əgər Suriya vətəndaşlarının böyük əksəriyyəti tələb etsə, o, prezidentlik postunu tərk etməyə hazırdır. Digər tərəfdən əgər mənim suriyalılar və ya suriyalıların böyük əksəriyyəti ilə problemlərin olsaydı və Qərb ölkələri, ABŞ-ın mənə qarşı çıxdığı bir vaxtda hələ də prezident olaraq qala bilərdim? Bu məntiqli deyil. Mən beş il davam edən müharibəyə baxmayaraq hələ də vəzifəmdəyəm. Çünki suriyalıların böyük əksəriyyəti məni dəstəkləyir`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti