İŞİD daha bir şəhəri ələ keçirdi

İŞİD daha bir şəhəri ələ keçirdi
  12 Dekabr 2015    Oxunub:2044
İŞİD terrorçuları UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Liviyanın Sabrata şəhərini ələ keçirib.
Bu barədə i24 News xəbər verir. Məlumata görə, arxeoloqlar terrorçuların Sabratadakı qədim tarixi abidələri məhv edəcəyindən narahatdır.

“İslam terrorçuları Palmira kimi bu şəhərdə də qədim yunan-Roma abidələrini hədəfə alıb. Həmin abidələr də təhlükə altındadır” - deyə britaniyalı arxeoloq, professor Devid Mattinqli narahatlığını dilə gətirib.

Məlumatda qeyd olunur ki, regiondakı digər tarixi abidələr də özünü islamçı adlandıran barbarların hücumlarına məruz qalır.


Teqlər:





Xəbər lenti