Putin əmr verdi - Onları məhv edin

Putin əmr verdi - Onları məhv edin
  11 Dekabr 2015    Oxunub:4618
Rusiya prezidenti Vladimir Putin Suriyada rusiyalı hərbçilərə təhlükə törədən qüvvələri məhv etmək haqda göstəriş verib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Kollegiyasının iclasında çıxış edən Putin Suriyada sərt addımlar atmağı tapşırıb.

“Rusiyanın hərbi qruplaşmasına və ya yerüstü infrastrukturumuz üçün təhlükə törədən istənilən hədəflər dərhal məhv edilməlidir”, - deyə o vurğulayıb.

Putin Suriyada rusiyalı hərbçilərə qarşı təxribatlar planlaşdıranlara xəbərdarlıq edib. “Artıq tərəfimizdən əlavə təhlükəsizlik tədbirləri görülüb. Aviabazamız yeni təyyarələr və hava hücumundan müdafiə sistemləri ilə möhkəmləndirilib”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti