Neft qiymətlərində 7 illik minimum – 38,88 dollar
Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent markalı neftin 2016-cı ilin yanvar ayına olan fyuçersinin dəyəri 1,22% azalaraq 39,02 dollara düşüb. Bu arada ticarət əməliyyatları zamanı neftin qiymətləri 7 illik minimuma düşərək 38,88 dollar olub.
WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti hazırda ötən günlə müqayisədə 1,31% geriləyərək bir barel üçün 36,28 dollar təşkil edib
Eldar Tanrıverdiyev
AzVision.az