Baş nazir deputatları dalaşdırdı - VİDEO
Belə ki, hökumətə etibarsızlıq haqqında qətnaməyə səs toplayan prezident PPB deputatı Oleq Barna tribunada çıxış edən Yatsenyuka qızılgül buketi verib. O, baş naziri əlləri ilə yuxarı qaldıraraq tribunadan kənarlaşdırmaq istəyib.
Bundan sonra deputatlar arasında qarşıdurma başlayıb və baş nazirin çıxışı bir neçə dəqiqəlik yarımçıq qalıb.
Ara sakitləşəndən sonra PPB fraksiyasının rəhbəri Yuriy Luçenko öz deputatının hərəkətinə görə üzr istəyib: “Bu tamamilə yanlış addımdır. Belə olmamalıdır. Bura parlamentdir və burada müvafiq mədəni səviyyə olmalıdır”, - deyə Ali Radanın spikeri Vladimir Qroysman vurğulayıb.
Baş nazir Yatsenyukda bu insidentə münasibət bildirib: “Bizim aramızda nifrət və mübahisə olduğu halda xalqın ümidləri dağılacaq, birlik olmayacaq. Bu nə sirk, nə də şoudur”.
Eldar Tanrıverdiyev
AzVision.az