Neftin qiyməti 6 illik minimuma endi – 41, 98 dollar

Neftin qiyməti 6 illik minimuma endi – 41, 98 dollar
  07 Dekabr 2015    Oxunub:2020
Dünya bazarlarında neftin qiyməti sürətlə ucuzlaşmağa başlayır.
Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.

Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent markalı neftin 2016-cı ilin yanvar ayına olan fyuçersinin dəyəri 2,4% azalaraq 41,98 dollara düşüb.

Qeyd edək ki, `Brent` markalı neft 2009-cu ildən bəri ilk dəfə psixoloji 42 dollar həddindən aşağı düşüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti