BVF yeni rəhbəri Azərbaycana təqdim edəcək

BVF yeni rəhbəri Azərbaycana təqdim edəcək
  06 Dekabr 2015    Oxunub:1478
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Məhəmməd əl Qorçi dekabrın 21-də Bakıya bir günlük səfər edəcək.
AzVision.az xəbər verir ki, bunu Trend-ə hökumətdən deyiblər.

O, 2015-ci il dekabrın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.

Mənbə qeyd edib ki, səfər zamanı Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, SOCAR və Dövlət Neft Fondunda görüşlər keçirilməsi planlaşdırılıb.

M.Qorçi bu vəzifədə Raca Almarzoqinini əvəz edib. R.Almarzoqini 2012-ci ildən Azərbaycan üzrə missiyaya rəhbərlik edib.

AzVision.az


Teqlər:





Xəbər lenti