Rus təyyarəsi düşdü, dollar qalxdı

Rus təyyarəsi düşdü, dollar qalxdı
  24 Noyabr 2015    Oxunub:3494
Türkiyənin sərhədi pozan Rusiyaya məxsus “Su 24” hərbi təyyarəni vurmasından sonra ölkənin fond indeksləri və milli valyutası zəifləyib.
AzVision.az xəbər verir ki, Türkiyənin əsas fond indeksi olan Borsa İstanbul 100 Endeksi 1,37 faiz azalaraq 78.655,63 səviyyəsinə enib.

Valyuta bazarlarında isə dollar dünənə nisbətən bahalaşaraq 2,8794 TL/USD-yə çatıb. Avro isə öz növbəsində 3,0710 TL yə qədər yüksəlib.


Teqlər:  





Xəbər lenti