"Azərbaycanla danışıqlar prosesi dalana dirənib" - Simonyan

"Azərbaycanla danışıqlar prosesi dalana dirənib"    - Simonyan
  01 Oktyabr 2024    Oxunub:408
"Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır".
AzVision.az xəbər verir ki, bu fikri Ermənistan parlamentin spikeri Alen Simonyan jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirib.

Simonyanın sözlərinə görə, hazırda Azərbaycanla danışıqlar prosesi dalana dirənib. O iddia edib ki, guya Ermənistanın bu məsələdə irəliləmək üçün siyasi iradəsi var: "Biz hətta bu gün də razılaşdırılmış məqamları imzalamağa hazırıq".
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti