Hindistanda özəl helikopter qəzaya uğrayıb, ölənlər var

Hindistanda özəl helikopter qəzaya uğrayıb, ölənlər var
  02 Oktyabr 2024    Oxunub:316
Hindistanın qərbində, Pune şəhəri yaxınlığında Mumbaya gedən şəxsi helikopter qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

"Heritage Aviation" şirkətinin VT-EVV dövlət nömrə nişanlı "Agusta 109" helikopteri qəzaya uğrayıb. Təyyarədə iki pilot və bir texnik olub. Sərnişin olmayıb", - idarədən bildirilib.

Helikopterdəkilərin hamısı həlak olub. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Fəlakətin ilkin səbəbinin qatı duman olduğu bildirilir. Qeyd edək ki, "Heritage Aviation" Hindistanda dağlara və digər turistik yerlərə ekskursiya uçuşları həyata keçirir. Şirkətin xidmətlərindən tez-tez Bollivud ulduzları istifadə edirlər.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti