Dobrınin öldü

Dobrınin oktyabrın 1-də Moskva klinikalarından birində vəfat edib. O, bir həftə əvvəl xəstəxanaya insult diaqnozu ilə yerləşdirilib.
Vyaçeslav Dobrınin 25 yanvar 1946-cı ildə Moskvada anadan olub. Atası Qalust Petrosyan polkovnik-leytenant, anası Anna Antonova isə tibb bacısı olub.
1000-ə yaxın mahnının müəllifi olan Dobrınin Rusiyanın xalq artisti və bir çox nüfuzlu mükafatların laureatıdır. O, sonuncu dəfə 2012-ci ildə Ermənistana səfər edib. Dobrınin erməni əsilli olması ilə fəxr edirdi.
Tural Tağıyev
AzVision.az
Teqlər: