Ərdoğan: "İsrailin növbəti hədəfi Türkiyə olacaq"

      Ərdoğan: "İsrailin növbəti hədəfi Türkiyə olacaq"
  02 Oktyabr 2024    Oxunub:748
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstin torpaqları və Livandakı hərbi əməliyyatlarının tezliklə Türkiyəyə də çatacağını deyib.
AzVision.az xəbər verir ki, bu barədə o, Böyük Millət Məclisində çıxışı zamanı danışıb.

Ərdoğan İsrailin Livana hücumunu pisləyib
Ərdoğan qeyd edib ki, İsrailin hücumları regionun digər ölkələrinə də yayılacaq:

“Livandan sonra növbəti hədəf bizim vətənimiz olacaq... Netanyahunun arzularına Anadolu da daxildir. Lakin bədəli nə olursa-olsun, Türkiyə İsrailin qarşısında durmağa davam edəcək. Bunun qarşısını almaq lazımdır”.

Qeyd edək ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri aralarında mütəmadi sərhədboyu toqquşmalar baş verir".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   İsrail   Livan   Türkiyə  





Xəbər lenti