Sarkisyan növbəti məğlubiyyətə hazırlaşır
“Bizim mənbələrimiz izah edirlər ki, bu hakimiyyət tərəfindən öz məğlubiyyətlərini ictimaiyyət arasında yumşaltmağa hesablanan addımdır. Bundan əlavə, Ermənistan rəhbərliyi konstitusiya referendumunda uğursuzluğa düçar olacağı təqdirdə, atacağı addımlar barədə ciddi düşünməyə başlayıb. Serj Sarkisyan və hakim dairələr, hətta kütləvi saxtakarlıq nəticəsində belə konstitusiya referendumu qəbul olunmayacağı halda bir neçə ssenari üzərində baş sındırır”, - deyə qəzet yazır.
Eldar Tanrıverdiyev
AzVision.az