Otel partladıldı - Ölən və yaralılar var

Otel partladıldı - Ölən və yaralılar var
  24 Noyabr 2015    Oxunub:2799
Misirin Sinay yarımadasında yerləşən otellərdən birində iki bomba partlayıb.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, terror aktları `Əl-Ariş` otelində törədilib.

Hadisə nəticəsində ən azı 3 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı bildirilir.

Məlumatda vurğulanır ki, terror aktının törədildiyi oteldə seçkilərə cavabdeh olan hakimlər qalırmış.

Hadisə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının fəal olduğu Sinay yarımadasında həyata keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti