`Rusiyaya təslim olmayacağıq` - Türkmənlərdən mesaj (Video)
Videoçarxda özünü komandir kimi təqdim edən şəxs Suriyanın hazırki prezidenti Bəşər Əsədə dəstək olan dövlətlərə də səslənib: “Hər kəs həddini bilsin. Türkmən dağı Türkün yurdudur. Türkmən dağı heç zaman təslim olmayacaq. Son nəfəsimizə qədər mübarizə aparacayıq. Bizə bu yolda Allah özü kömək edəcək. Daha sonra da Türk dövlətinin və Türk millətinin xeyir duası ilə zəfər çalacıq. Allah var, kədər yox. Qanımız axsa da zəfər İslamındır”.