“Müsavat mitinqinə maksimum 300 nəfər çıxara bilər”

“Müsavat mitinqinə maksimum 300 nəfər çıxara bilər”
  27 Noyabr 2014    Oxunub:1310
“300 adamla mitinqə çıxardıb sonradan 10 minlərlə adam iştirak etdi demək biabırçılıqdır”
AzVision.az xəbər verir ki, ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev Müsavat partiyasının mitinq keçirməsi istəyini moderator.az şərh edib:

“Müsavat partiyası indiki vəziyyətində mitinqinə maksimum 300 insan çıxarda bilər. Onların 150-si heç bir partiya üzvü deyildir, sadəcə mitinq azarkeşləridir. Həmin insanlar AXCP-nin mitinqlərində də iştirak edirlər. Milli Şura (yəni xalq cəbhəsi ) mitinqə qoşularsa maksimum 600 iştirakçı ola bilər. Çünki XC öz mitinqlərinə 500 plyus 150 mitinq azarkeşləri təşkil edə bilir. Başqasının mitinqinə iki dəfə az adam təşkil edə bilər. Ancaq fərqi yoxdur insan haqları uğrunda atılmış istənilən addım təqdirə layiqdir. Ancaq 300 adamla mitinqə çıxardıb sonradan 10 minlərlə adam iştirak etdi demək biabırçılıqdır və bu gün müxalifətin olmaması səbəblərindən ən əsasıdır. Müxalifət mitinqlərdə iştirakın sayını saxtalaşdırmağın səviyyəsinə uyğun nüfuzunu 2003-cü ildən itirə itirə gəlib və bu gün nəhayət tam ikrah mənbəyinə çevrilib”.


Teqlər:  





Xəbər lenti