Yaponiya 2 milyard dollarlıq COVID-19 dərmanını məhv edir

  Yaponiya 2 milyard dollarlıq COVID-19 dərmanını məhv edir
  11 May 2024    Oxunub:918
Yaponiya hakimiyyəti əvvəllər alınmış ümumi dəyəri təxminən 300 milyard yen (1,93 milyard dollar) olan böyük həcmdə COVID-19 preparatlarını məhv etmək niyyətindədir.
Bu barədə Kyodo agentliyi məlumat yayıb. Söhbət Shionogi tərəfindən istehsal olunan Xocova, Merck tərəfindən istehsal olunan Lagevrio, həmçinin Pfizer şirkətinin Paxlovid tabletlərindən gedir.

Ümumilikdə, Yaponiya hakimiyyəti onları 5,6 milyon insan üçün lazım olan miqdarda satın alıb. Təxminən 4,3 milyon tablet (ümumi həblərin 77%-i) istifadə olunmamış qalıb və atılmalıdır.

Bundan əvvəl Yaponiya da təxminən 660 milyard yen (4,2 milyard dollar) dəyərində 240 milyon doza koronavirus peyvəndini məhv etmək qərarına gəlib.

2023-cü ilin may ayında ölkə hökuməti COVID-19-u təhlükəli xəstəliklər kateqoriyasından mövsümi qripə oxşar kateqoriyaya keçirib.


Teqlər:





Xəbər lenti