* * *
14:28
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar başlayıb.
Nazirləri Dostluq Evində Qazaxstanın XİN rəhbəri Murat Nurtleu qarşılayıb.
Görüşdən sonra onlar mətbuata açıqlama verəcəklər.
Qeyd olunur ki, məhz bu binada 1991-ci il Alma-Ata Bəyannaməsi imzalanıb.
Şahanə Rəhimli
AzVision.az