Daha 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək
Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində təşkil edilən növbəti tədbirdə iştirakçılar Agentliyin fəaliyyət istiqamətləri, bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası və onların əhatə olunduğu sosial dəstək tədbirləri barədə məlumatlandırılıblar.
Görüş zamanı hər iki qurumun əməkdaşlarının iştirakı ilə məhkumların sosial adaptasiyası ilə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib.
Sonra probasiya nəzarətində olan 33 nəfərin anket sorğusu əsasında qiymətləndirilməsi aparılıb. Nəticələrə uyğun olaraq onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.
AzVision.az
Teqlər: