Rusiyada avtobus körpüdən aşıb: 7 ölü - FOTO/VİDEO

 Rusiyada avtobus körpüdən aşıb:  7 ölü - FOTO/VİDEO
  10 May 2024    Oxunub:1425
Rusiyanın Sankt-Peterburq şəhərində avtobusun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı 7-yə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən bildirilib.

* * *

15:21
Sankt-Peterburqda sərnişin avtobusu "Öpüşlər körpüsü"ndən aşaraq çaya düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Rusiya mətbuatının yazdığına görə, avtobusun aşmasına səbəb onun qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmaqdan yayınmağa çalışması olub. Bu zaman sürücü idarəetməni itirib və suya düşüb. Salonda 20 nəfər olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasetmə işlərinə 69 mütəxəssis və 18 texnika cəlb olunub.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti