Humanitar böhran riski olan ölkələrin siyahısı açıqlanıb

Humanitar böhran riski olan ölkələrin siyahısı açıqlanıb
  14 Dekabr 2023    Oxunub:983
“2023-cü ildə humanitar yardıma ehtiyacı olan insanların ümumi sayı 300 milyona, evlərini tərk etmək məcburiyyətində qalanların sayı isə 110 milyona çatıb".
AzVision.az xəbər verir ki, qeyri-hökumət humanitar təşkilat Beynəlxalq Xilasetmə Komitəsi (IRC) 2024-cü ildə humanitar vəziyyətin daha da pisləşmə riski altında olan 20 ölkənin illik siyahısını dərc edib.

"Afrikada olan 20 ölkə dünya əhalisinin təxminən 10%-ni, köçkünlərin 70%-ni, humanitar ehtiyacların isə 86%-ni təşkil edir”, - deyə IRC-nin press-relizində deyilir.

Siyahıda birinci yerdə hərbi əməliyyatlara görə Sudandır. "Minimum beynəlxalq diqqət və regional təsir riski”nə görə 2024-cü ildə 25 milyon insanın humanitar yardıma ehtiyacı olacağı və köçkünlərin sayının 6 milyona çatacağı təxmin edilir. İkinci yerdə olan Fələstində ən azı 3 milyon köçkünün yardıma ehtiyacı ola bilər. Ərəb ölkəsi səhiyyə sisteminin çökməsi riski ilə üz-üzədir.

Üçüncü yeri əhalisi silahlı münaqişə və iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkməyə davam edən Cənubi Sudan tutub. Bundan əlavə, 2024-cü ildə ölkədə "El Niño" fenomeninin səbəb olduğu daşqınlar ola bilər".

İlk 10-luğa həmçinin Burkina Faso, Myanma, Mali, Somali, Niger, Efiopiya və Konqo Demokratik Respublikası daxil olub.

AzVision.az


Teqlər:





Xəbər lenti