Ukraynalı hərbçi: böyük itkilər vermişik

      Ukraynalı hərbçi:    böyük itkilər vermişik
  14 Dekabr 2023    Oxunub:1013
Zaporojye vilayətində əks-hücum əməliyyatları aparan Ukrayna Silahlı qüvvələrinin “Maqura” adlandırılan xüsusi 47-ci briqadası böyük itkilərə məruz qalıb.
AzVision.az xəbər verir ki, ukraynalı hərbçi və “Hromadske” teleqram-kanalının aparıcısı Sergey Qnezdilov və belə etirafla çıxış edib.

“Bir anda, olduqca tez, bu hərbi hissə ən çox qanı axıdılan briqadalardan birinə çevrildi. İl yarım əvvəl orada olan mütəxəssislər artıq yoxdur, ya tamamilə ruhdan düşüblər, ya müharibədən çox yorulublar, ya da ölüblər”, - “Strana.ua” saytı ukraynalı hərbçidən sitat gətirir.

47-ci briqadının hücum əməliyyatlarında iştirak etmiş Aleksey Nazarenko acınacaqlı vəziyyətin səbəblərindən birinin rusların “bütün mövcud aspektlərdə” lazımınca qiymətləndirilməməsi olduğunu deyib.

“Cəsur addımlar var idi. Ancaq əsl vəhşilik başlayanda hamı ayılmağa başladı. İlk uğursuzluqlardan sonra batalyonun komandiri dəyişdirildi. Yalnız bundan sonra itkilərlə bağlı bir növ fəal dəyişikliklər başladı”, - Nazarenko deyib.

Əks-hücum dövrünü “ət emalı zavodunun üç ayı” adlandıran Aleksey Nazarenko, minalara və rusların atdığı mərmilərə görə itkilərin daha çox olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   itkilər  





Xəbər lenti