"Rusiya Türkiyəyə dostluq əlini uzatmağa hazırdır" - Putin

   "Rusiya Türkiyəyə dostluq əlini uzatmağa hazırdır" -    Putin
  27 Aprel 2023    Oxunub:1240
"Rusiya Türkiyəyə hər zaman dostluq əlini uzatmağa hazırdır".
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyədə Akkuyu AES üçün nüvə yanacağının partiyasının təhvil verilməsi mərasimində videobağlantı zamanı deyib.

“Biz həmişə türk tərəfdaşlarımıza dostluq əlini uzatmağa hazırıq”, - Putin bildirib.

Rusiya lideri Rusiya və Türkiyənin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirmək niyyətində olduğunu da vurğulayıb.

Qeyd edək ki, Rusiya və Türkiyə “Akkuyu” AES-in 1 nömrəli enerji blokuna nüvə yanacağının çatdırılmasını rəsmən rəsmiləşdirib, “Rosatom” dövlət korporasiyası bu enerji blokunun sertifikatını Türkiyənin Energetika Nazirliyinə verib. Ərdoğan bildirib ki, "Akkuyu" atom elektrik stansiyasının dörd reaktorunun hamısı 2028-ci ilə qədər işə düşəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti